Qanunsuz immiqrasiya

Miqrasiya prosesi qanunvericiliyin tələblərinə uyğun olmasına görə qanuni ve qanunsuz olur. Qanunsuz miqrasiya miqrasiya prosesində və iqtisadiyyatda xüsusi aktuallıq kəsb edir.[1]Qeyri-qanuni miqrasiya beynəlxalq cinayətkarlar üçün yüksək gəlir mənbəyinə çevrilmişdir. Qanunsuz miqrasiyanın 2 növü fərqləndirilir: qeyri-qanuni immiqrasiya və qeyri-qanuni emiqrasiya. Qanunsuz immiqrasiya bir nəfərin və ya bir qrup şəxsin dövlətin sərhədlərindən miqrasiya qanunvericiliyinin normalarını pozaraq daxil olması və qalmasıdır, həmçinin ölkədə qalmaq hüququ olmasa da qalmağa davam etməsidir. Qanunsuz emiqrasiya isə emiqrasiya qanunlarına zidd şəkildə milli sərhədlərin kecilməsidir və həmçinin qanuni şəkildə xaricə getməsinə baxmayaraq mənşə ölkəsi tərəfindən çağırılanda geri qayıtmamasıdır.

Çox vaxt qanunsuz immiqrasiya edən şəxslərə qanunsuz immiqrantlar deyilir. Lakin bu bir çox ölkələrdə etiraz çıxışlarına səbəb olmuşdur. Çünki şəxsin qanunsuz immiqrasiya etməsi həmin insanı qanunsuz etmir.

  1. "Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə" (PDF). STRATEJİ TƏHLİL. 2021-12-04 tarixində arxivləşdirilib (PDF).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne